AzTV-nin əməkdaşı dənizdə boğularaq həlak oldu
Bakının Xəzər rayonunda bədbəxt hadisə baş verib.
hadiseler.info xəbər verir ki, Mərdəkan qəsəbəsi ərazisində dənizdə nəzarətsiz zonada çimən 35 yaşlı Məqsəd Əlisahib oğlu Məmmədli suda boğulub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, onun meyiti ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralıda tapılaraq sudan çıxarılıb. Həlak olan Məqsəd Məmmədlinin Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı olduğu bildirilir.
Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.
No Comment! Be the first one.