2026-cı il məzunlarının elektron təhsil sənədləri “mygov” platformasında əlçatan oldu
2026-cı il məzunlarının diplom, attestat və digər elektron təhsil sənədləri “mygov” platformasına inteqrasiya edilib.
hadiseler.info xəbər verir ki, yeni imkan məzunların təhsil müəssisələri tərəfindən elektron imza ilə təsdiqlənmiş sənədlərinə rəqəmsal formada çıxışını təmin edir.
Hazırda xidmət portalda aktivdir və yaxın günlərdə “mygov” mobil tətbiqində də əlçatan olacaq. Məzunlar my.gov.az portalında “Təhsil” bölməsinə daxil olaraq “Elektron təhsil sənədlərim” xidmətindən yararlana bilərlər. Sənədlərin həqiqiliyini yoxlamaq üçün sənəd üzərindəki QR kodu oxutmaq və ya edu.gov.az-ın “Sənəd Yoxlama” səhifəsindən istifadə etmək mümkündür. Qeyd edək ki, əvvəlki illərin məzunları da öz diplomlarına platforma vasitəsilə baxa bilirlər.
No Comment! Be the first one.