Heyvan kəsimi məntəqələrində bu tələblərə əməl olunmalıdır – VİDEO
Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyini təmin etmək məqsədilə kəsim prosesi yalnız müəyyən olunmuş baytarlıq-sanitariya və qida təhlükəsizliyi standartlarına cavab verən kəsim məntəqələrində aparılmalıdır.
hadiseler.info xəbər verir ki, kəsim məntəqələrində istehsalın gigiyenik təşkili üçün “çirkli” və “təmiz” zonaların bir-birindən tam ayrılması tələb olunur. Bununla yanaşı, heyvanların kəsimdən əvvəl saxlanması, kəsim, ətin emalı, qablaşdırılması və soyudulması üçün xüsusi sahələrin mövcudluğu vacib şərtdir.
Məntəqələrdə kəsimdən əvvəl heyvanlar mütləq baytarlıq müayinəsindən keçirilməlidir. Xəstəlik əlaməti və ya şübhəsi olan heyvanların kəsilməsinə qətiyyən yol verilmir. İş prosesində istifadə olunan bütün avadanlıq və alətlər mütəmadi olaraq təmizlənməli və dezinfeksiya olunmalıdır. Kəsimdən sonra ədəd olunan ət baytarlıq-sanitariya ekspertizasından keçirildikdən və yararlı olduğu təsdiqləndikdən sonra müvafiq rejimdə soyudulmalı, saxlanmalı və daşınmalıdır.
Bu qaydalara əməl olunması istehlakçıların sağlamlığının qorunmasında həlledici rol oynayır.
No Comment! Be the first one.