ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə tam cavab verir
ABŞ Dövlət Departamentinin yayımladığı “2026-cı il Fiskal Şəffaflıq Hesabatı”nda Azərbaycanın minimum maliyyə şəffaflığı standartlarına cavab verdiyi təsdiqlənib.
hadiseler.info departamentə istinadən xəbər verir ki, departament digər federal qurumlar, ABŞ səfirlikləri və beynəlxalq təşkilatlarla məsləhətləşmələr apararaq 139 ölkənin büdcə şəffaflığını qiymətləndirib.
Qiymətləndirmə 1 yanvar – 31 dekabr 2025-ci il tarixli icmal dövrünü əhatə edib. Hesabatda hökumətlərin büdcə proseslərində ictimaiyyətin iştirakını təmin etməsi və maliyyə mexanizmlərini açıq şəkildə həyata keçirməsi əsas meyar kimi götürülüb.
Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Gürcüstan, Ermənistan, Macarıstan, Polşa, İndoneziya və Sinqapur kimi ölkələr də maliyyə şəffaflığı tələblərinə cavab verən dövlətlər siyahısında yer alıb.
No Comment! Be the first one.