Masazırda şərab evində kütləvi dava: 26 yaşlı şəxs saxlanıldı-VİDEO
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən şərab evlərindən birində müştəri ilə obyekt əməkdaşları arasında əlbəyaxa dava baş verib.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, insidentə spirtli içki alan şəxsin hesabın pulunu ödəməkdən imtina etməsi səbəb olub.
Obyekt əməkdaşları ilə müştəri arasında başlayan şifahi mübahisə qısa zamanda böyüyərək fiziki təzyiqə və kütləvi davaya çevrilib. Sözügedən anlar ərazidəki təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.
DİN-dən AÇIQLAMA
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərli “Qafqazinfo”ya bildirib ki, polis əməkdaşları tərəfindən dərhal müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib.
Keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 26 yaşlı E.Rzayev qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın yekun nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Hadisə anının video görüntülərini təqdim edirik:
No Comment! Be the first one.