İmişlidə bədbəxt hadisə: Yük maşınının təkəri partladı, usta xəsarət aldı
İmişli rayonunda təkər təmiri zamanı ağır bədbəxt hadisə baş verib.
hadiseler.info bildirir ki, hadisə rayonun Məzrəli kəndində qeydə alınıb.
Qoşqulu yük avtomobilinin şininin təmiri prosesində qəfil güclü partlayış meydana gəlib. Hadisə nəticəsində təmir işlərini həyata keçirən usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.