Azərbaycandan qaçan hərbçi Rusiyada tutuldu
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş keçmiş hərbçi Rusiyada saxlanılıb və ölkəyə gətirilməsi üçün prosesə başlanılıb.
hadiseler.info xəbər verir ki, Baş Prokurorluq Azərbaycan vətəndaşı Nahid Rasim oğlu Əlicanlının ekstradisiyası haqqında vəsatət qaldırıb və bu müraciət Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunub.
Qubadlı Hərbi Prokurorluğunda aparılan ibtidai istintaq zamanı çavuş rütbəsində xidmət etmiş N.Əlicanlının xidmət yerini özbaşına tərk edərək ölkədən qaçdığı müəyyən edilib. O, Cinayət Məcəlləsinin 333.4-1-ci (hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq axtarışa verilmişdi.
Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən onun Azərbaycana gətirilməsi üçün müvafiq ekstradisiya prosedurları həyata keçirilir.
No Comment! Be the first one.