Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə avqustun 19-u və 21-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edir.
ADY-nin açıqladığı məlumata əsasən, sözügedən istiqamətdə, eləcə də Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlərin icrası davam etdirilir.
Cədvələ uyğun olaraq qatarlar bazar ertəsi və çərşənbə günləri Bakıdan, çərşənbə axşamı və cümə axşamı günləri isə Ağstafadan yola düşəcək.
Sərnişinlər gediş biletlərini Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi internet səhifəsindən və ya “ADY Mobile” tətbiqi üzərindən əldə edə bilərlər.
No Comment! Be the first one.