Nəsimi rayonunda tikilidə yanğın başladı
Paytaxtın Nəsimi rayonunda, “Nəsimi” metrostansiyasının yaxınlığında yerləşən tikililərdən birində güclü yanğın qeydə alınıb.
İlkin məlumatlara görə, yanğının baş verdiyi tikilidə uzun müddətdir yaşayış olmayıb və sözügedən obyekt anbar kimi istifadə olunurmuş. Hadisə yerinə aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub.
No Comment! Be the first one.