MİQ-in nəticələri AÇIQLANDI
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.
hadiseler.info Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) istinadən xəbər verir ki, nəticələr artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.
Avqustun 12-15-də keçirilən vakansiya seçimində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə ediblər.
Qeyd olunub ki, bu mərhələdə uğur qazanmayan və ya iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçiminə qatıla bilərlər. Müsahibə mərhələsinin vaxtı barədə məlumat namizədlərin şəxsi kabinetlərinə öncədən göndəriləcək.
No Comment! Be the first one.