Vəkil Elşad Məmmədov həbs edildi
Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
hadiseler.info xəbər verir ki, vəkil çoxsaylı vətəndaş şikayətləri əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Dələduzluqda ittiham olunan E.Məmmədova qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.