Masazırda ərini öldürən qadın tutuldu
Abşeron rayonunun Masazır qəsəbəsində qətl hadisəsi törədilib.
hadiseler.info xəbər verir ki, avqustun 19-da saat 12 radələrində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən mərhumun 43 yaşlı arvadı, 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.