Qanunsuz işdən çıxarılan 63 nəfərlə bağlı qərar verildi
Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyul aylarında aparılan araşdırmaların nəticələrini açıqlayıb.
hadiseler.info xəbər verir ki, qurum tərəfindən ilin ilk 7 ayı ərzində işçilərə verilməsi gecikdirilən 456 min manatdan çox sosial xarakterli ödənişin işəgötürənlər tərəfindən ödənilməsi təmin edilib. Bu vəsaitin 91%-ni əməkhaqqı, 9%-ni isə kompensasiya və müavinətlər təşkil edib.
Həmçinin müfəttişliyin müdaxiləsi ilə əmək müqavilələrinə qanunsuz xitam verilmiş 63 nəfər yenidən əvvəlki işlərinə bərpa edilib.
No Comment! Be the first one.