Qazaxda ölümlə nəticələnən ağır qəza
Qazax rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, qəza rayonun Xanlıqlar kəndinə gedən avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, “Mercedes” və “Opel” markalı minik avtomobilləri toqquşub. Zərbənin gücündən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, ilkin məlumatlara əsasən, 2 nəfər hadisə yerində dünyasını dəyişib.
Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir, faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.