Xırdalanda “Hyundai” markalı avtomobil yandı-VİDEO
Abşeron rayonunun Xırdalan şəhərində minik avtomobilində yanğın hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində “Hyundai” markalı avtomobildə baş verən alovlanma qısa müddətdə söndürülüb. Hadisə zamanı nəqliyyat vasitəsinin mühərrik hissəsi və idarəetmə paneli yanıb, avtomobilin qalan hissəsi qorunaraq yanğından mühafizə olunub.
No Comment! Be the first one.