İlham Əliyev Volodimir Zelenskini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın dövlət başçısı Volodimir Zelenskiyə Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı öz adından və Azərbaycan xalqı adından ukraynalı həmkarını və dost Ukrayna xalqını əlamətdar gün münasibətilə ürəkdən təbrik edib.
Prezident İlham Əliyev məktubunda iki ölkə arasındakı zəngin ənənələrə malik dostluq və strateji tərəfdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluğunu ifadə edib. Dövlət başçısı vurğulayıb ki, ölkələrin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstəyi, fəal siyasi dialoq və enerji sahəsindəki səmərəli əməkdaşlıq münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.
Məktubda həmçinin Azərbaycanın dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyi bildirilib.
No Comment! Be the first one.