Bu gün yeni restoranının açılışı olacaqdı – Qəzada öldü
İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb. Hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, 41 yaşlı Samir Abdullayev aldığı ağır xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Yaxınlarının verdiyi məlumata görə, həlak olan S.Abdullayev iş adamı olub. Onun bu gün İsmayıllı rayonu ərazisində yeni restoranının təntənəli açılışını keçirməyi planlaşdırdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.