Bakının 10 ünvanında yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
Bakı şəhərində nəqliyyatın hərəkətini rahatlaşdırmaq və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə 10 müxtəlif ünvanda yeni minib-düşmə yerləri və taksi duracaqları istifadəyə verilib.
hadiseler.info xəbər verir ki, yeni təşkil olunmuş yerlər əsasən sosial xidmət mərkəzlərinin, metro stansiyalarının və ticarət mərkəzlərinin yaxınlığında yerləşir.
Yenilənmiş ünvələrin siyahısı aşağıdakılardır:
Cavadxan küçəsi: Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısı (minib-düşmə yeri);
İsmayıl bəy Qutqaşınlı küçəsi: 1 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);
Heydər Əliyev prospekti: 3 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);
Ziya Bünyadov prospekti: 4 saylı Bakı DOST Mərkəzinin qarşısı (avtobus zolağında minib-düşmə yeri);
Abbas Mirzə Şərifzadə küçəsi: 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı (minib-düşmə yeri);
9-cu köndələn küçəsi: 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin yanı (minib-düşmə yeri);
Hüseynbala Əliyev küçəsi: “Memar Əcəmi” metro stansiyasının yaxınlığı (minib-düşmə yeri);
Süleyman Sani Axundov küçəsi: “Azadlıq Prospekti” metro stansiyasının yaxınlığı (minib-düşmə yeri və taksi duracağı);
Füzuli küçəsi: “28 Mall” ticarət mərkəzinin yanı (minib-düşmə yeri);
Şəmsi Bədəlbəyli küçəsi: “28 Mall” ticarət mərkəzinin yanı (avtobus zolağında minib-düşmə yeri).
No Comment! Be the first one.