Xəzər dənizində yeni ada yarandı-VİDEO
Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində növbəti quru sahəsi ortaya çıxıb.
hadiseler.info xəbər verir ki, “Lada.kz” nəşrinin məlumatına görə, Manqistau vilayəti ərazisində dənizin dayazlaşması fonunda “Rybaçiy” adlı yeni ada əmələ gəlib.
Son 4–5 il ərzində dəniz səviyyəsinin düşməsi müntəzəm olaraq yeni quru sahələrinin yaranmasına gətirib çıxarır. Yaranan bu yeni ərazilərdə artıq Xəzər suitiləri, canavarlar və qabanlar məskunlaşır.
Yeni adanı quş uçuşu hündürlüyündən lentə almaq mümkün olub. Yayımlanan kadrlar su səviyyəsinin dəyişməsi nəticəsində meydana gələn qeyri-adi mənzərəni aydın şəkildə əks etdirir.
No Comment! Be the first one.