Valentina Matviyenko Mehriban Əliyevaya zəng edib
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya telefonla zəng edib.
hadiseler.info xəbər verir ki, Valentina Matviyenko Azərbaycanın Birinci vitse-prezidentini doğum günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.
Söhbət zamanı Matviyenko Mehriban Əliyeva ilə keçirdiyi səmimi görüşləri məmnunluqla xatırladıb və onun Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafındakı rolunu xüsusi vurğulayıb.
No Comment! Be the first one.