“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişdirilir
Bu axşam saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tvente” (Niderland) UEFA Konfrans Liqasının pley-off oyunu ilə bağlı Bakı Metropoliteninin iş rejimi gücləndirilib.
hadiseler.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC tərəfindən məlumat verilib.
Stadiona yaxın yerləşən “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Azarkeşlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq və növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. Bundan əlavə, “Nərimanov” və “28 May” stansiyalarında da təhlükəsizlik və hərəkətin tənzimlənməsi üçün əlavə tədbirlər görüləcək. Gün ərzində qatarların mövcud qrafik üzrə hərəkəti davam edəcək.
No Comment! Be the first one.