Sabiq deputat tələbə oldu
Milli Məclisin keçmiş deputatı Jalə Əhmədova ikinci dəfə tələbə adını qazanıb.
hadiseler.info xəbər verir ki, J.Əhmədova bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, Bakı Dövlət Universitetində (BDU) psixologiya ixtisası üzrə əlavə təhsil almağa başladığını bəyan edib: “Daha bir başlanğıc”.
Məlumat üçün bildirək ki, 1981-ci il təvəllüdlü Jalə Əhmədova Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. O, Milli Məclisin VI çağırış deputatı olub, müxtəlif dövlət və özəl qurumlarda, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətində məsul vəzifələrdə çalışıb. Hazırda Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidentidir.
No Comment! Be the first one.