Paşinyan: “Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması istiqamətində irəliləyirik”
Ermənistanın Baş naziri Nikol Paşinyan “ŞƏT plyus” formatında keçirilən görüşdə regional nəqliyyat və münasibətlərin normallaşması üzrə mühüm bəyanatlarla çıxış edib.
hadiseler.info xəbər verir ki, Ermənistanın hökumət başçısı Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulması istiqamətində irəlilədiklərini diqqətə çatdırıb. O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması sayəsində hər iki ölkə ilə dövlətlərarası kommunikasiyaların açılması istiqamətində fəal iş aparılır. Paşinyan, həmçinin TRIPP layihəsinin region üçün yeni və geniş nəqliyyat imkanları açacağını xüsusi vurğulayıb.
No Comment! Be the first one.