Prezident qəbul keçirdi – Fotolar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.
hadiseler.info xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlət başçısına təqdim edib.
Görüşdə Prezident İlham Əliyev Azərbaycanda COP29, Ümumdünya Şəhərsalma Forumu kimi mötəbər tədbirlərin keçirildiyini və BMT-nin Sivilizasiyalar Alyansı ilə Mədəniyyətlərarası Dialoq Forumunun təşkil olunacağını bildirib. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərindən və mina problemindən danışıb.
Dmitri Şlapaçenko Azərbaycanın BMT üçün vacib “orta güc” tərəfdaşı olduğunu vurğulayaraq, minatəmizləmə və postmünaqişə dövründə bərpa prosesinə BMT-nin dəstək verməyə hazır olduğunu deyib. O, həmçinin tezliklə Qarabağa səfər edəcəyini və BMT Günü münasibətilə Qarabağ Universitetində tədbir keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. Görüşdə Cənubi Qafqazda transsərhəd çayların ekoloji vəziyyəti və Xəzər dənizinin səviyyəsinin enməsi məsələləri də müzakirə olunub.







No Comment! Be the first one.