Xırdalanda obyektdə güclü yanğın baş verib-VİDEO
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən ikimərtəbəli obyektdə güclü yanğın hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata əsasən, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ və təxirəsalınmaz müdaxiləsi sayəsində bir-birinə bitişik yerləşən, ümumi sahəsi 800 kv.m olan ikimərtəbəli müxtəlif təyinatlı obyektlərdəki alovun genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 240 kv.m olan restoranın ikinci mərtəbəsində mətbəx və dam örtüyünün yanar konstruksiyaları 65 kv.m sahədə, eləcə də ümumi sahəsi 72 kv.m olan çay evi və onun dam örtüyü yanıb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Restoranın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.
No Comment! Be the first one.