Azərbaycana miqrant axını riski var
Qlobal miqyasda hərbi münaqişələr, iqtisadi böhranlar və iqlim dəyişikliyi miqrasiya problemini təhlükəsizlik baxımından ən ciddi təhdidlərdən birinə çevirib.
hadiseler.info xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) hesabatlarına əsasən, dünyada məcburi köçkün düşmüş insanların sayı rekord həddə çatıb. Müharibə, təqib və insan hüquqlarının pozulması səbəbindən 117 milyondan çox insan evini tərk edib. Onlardan 41,6 milyonu qaçqın, 9 milyonu sığınacaq müraciətinə cavab gözləyənlər, 68,7 milyonu isə ölkə daxilində məcburi köçkün düşənlərdir. Qaçqınların 68%-i az və orta gəlirli ölkələrdə sığınacaq tapıb.
Ən çox qaçqın qəbul edən ölkələr sırasında Türkiyə, İran, Kolumbiya və Almaniya öndə gəlir. Yaxın Şərq və qonşu regionlarda gərginliyin artması, habelə mümkün irimiqyaslı humanitar böhranlar qonşu ölkə kimi Azərbaycan sərhədlərinə də birbaşa miqrant və qaçqın axını riski yarada bilər.
No Comment! Be the first one.