İrandan Rusiyaya aparılan 25 kq-dan çox marixuana Biləsuvarda tutuldu – VİDEO
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması istiqamətində əməliyyat keçirilib.
hadiseler.info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumata görə, “Biləsuvar” gömrük postunda İrandan Rusiya Federasiyasına Azərbaycan ərazisindən tranzit keçməklə “təzə soğan” aparan nəqliyyat vasitəsinə baxış keçirilib.
Stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı yük paletlərinin alt hissəsində xüsusi düzəldilmiş gizli saxlanc yerində 80 bağlamada xalis çəkisi 25 kiloqram 570 qram olan qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.