Yolunu qısaltmaq istədi,canından oldu – VİDEO
Sentyabrın 3-də Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, baş verən qəza ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev piyadalara xəbərdarlıq edib.
Rövşən Tağıyev bildirib ki, çoxzolaqlı yol sadəcə keçilməli olan geniş məsafə deyil və onun hər zolağı ayrıca təhlükə mənbəyidir:
“Bir zolaqdakı sürücü piyadanı görsə də, digər zolaqda hərəkət edən sürücü onu vaxtında görməyə bilər. Avtomobillərin arasından qəfil yola çıxmaq, yolun ortasında dayanmaq, geri qayıtmaq və ya qaçmaq qəza riskini daha da artırır”.
Şöbə rəisi vurğulayıb ki, yolu qaçaraq keçmək təhlükəli sahədə qalma müddətini azaltmır, əksinə, vəziyyətə nəzarəti zəiflədir:
“Bir neçə dəqiqəyə qənaət etmək üçün həyatınızı riskə atmayın. Yolun digər tərəfinə ən qısa yolla deyil, ən təhlükəsiz yolla keçin. Yaxınlıqda piyada keçidi və ya yerüstü keçid varsa, ondan istifadə etmək seçim deyil, həyatınızı qoruyan zərurətdir. Yolunuzu qısaltmağa deyil, mənzil başına sağ-salamat çatmağa çalışın”.
No Comment! Be the first one.