Narkotik qəbul edərək sükan arxasına keçən sürücü həbs olundu
Masallı rayonunda narkotik vasitənin təsiri altında və sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs saxlanılıb.
hadiseler.info xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Mercedes” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən T.Əliyevin davranışları şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsində həmin şəxsin narkotik vasitədən istifadə etdiyi sübuta yetirilib. Məhkəmənin qərarı ilə T.Əliyev inzibati qaydada həbs edilib.
No Comment! Be the first one.