Vəfat edən məşhur aktyor Serhat Mustafa Kılıçın evindən nələr çıxdı?- FOTOLAR
Məşhur aktyor Serhat Mustafa Kılıçın evində ölü tapılmasının ardından apparılan ilkin baxış zamanı şok detallar ortaya çıxıb.
hadiseler.info “A Haber”ə istinadən xəbər verir ki, İstanbulun Kağıthane rayonundakı evində cansız bədəni tapılan 51 yaşlı aktyorun bədənində göyərtilər aşkar edilsə də, hər hansı kəsik və ya zorakılıq izi qeydə alınmayıb.
Aparılan axtarış və baxış tədbirləri zamanı mərhumun evindən çoxlu sayda spirtli içki şüşələri və qadağan olunmuş maddə sarımaq üçün istifadə edilən xüsusi kağızlar (“çarşaf”) tapılıb. Aktyorun son dövrlərdə həddindən artıq spirtli içki qəbul etdiyi və trioid xəstəliyindən əziyyət çəkdiyi öyrənilib.
Aktyorun dəqiq ölüm səbəbi Məhkəmə-Tibbi Ekspertiza İdarəsində aparılacaq yarılmadan sonra məlum olacaq.




No Comment! Be the first one.