ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir
Birləşmiş Ştatlarda Konqresin yeni üzvlərini və qubernatorları müəyyənləşdirəcək aralıq seçkilərdə səslərin sayılması davam edir və ilkin nəticələrə görə Demokratlar Partiyası üstünlük əldə edib.
hadiseler.info xəbər verir ki, “The New York Times” qəzetinin hesablamalarına əsasən, Demokratlar Partiyasının Senata nəzarəti 95 faizdən çox ehtimalla əldə edəcəyi gözlənilir. Nəşr qeyd edir ki, demokratlar yuxarı palatada qələbəni təmin etmək üçün vacib olan dörd ştatda ya qalib gəliblər, ya da bunu qazanmaq üzrədirlər.
“Associated Press”in (AP) təqdim etdiyi son rəsmi rəqəmlərə görə isə vəziyyət aşağıdakı kimidir:
ABŞ Senatı: Demokratlar 46, respublikaçılar isə 37 yerə sahibdirlər. Seçkilərin gedişində Kori Buker, Culiana Stratton, Kris Kuns, Con Ossoff və Mark Uorner kimi tanınmış demokratlar öz ştatlarından yenidən Senata böyük fərqlə seçiliblər.
Nümayəndələr Palatası: Demokratların namizədləri 127 mandat qazanıb, Respublikaçılar Partiyasının təmsilçiləri isə cəmi 73 yer əldə ediblər. Məsələn, demokrat Debbi Vasserman-Şults Florida ştatından yenidən Nümayəndələr Palatasına seçilərək Konqresdə 12-ci müddətə təmsil olunmaq hüququ qazanıb.
Qubernator seçkiləri: Qubernator postları uğrunda mübarizədə də demokratlar öndədir – 16-ya qarşı 11.
Xatırladaq ki, noyabrın 3-də keçirilən aralıq seçkilərdə ABŞ Nümayəndələr Palatasının bütün 435 yeri, Senatın 35 yeri və 36 ştatın qubernatoru uğrunda gərgin mübarizə aparılır.
No Comment! Be the first one.