ADU-nun sabiq prorektoru vəfat edib
Azərbaycan Dillər Universitetinin sabiq prorektoru Ələddin Əliyev dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, bu barədə məlumat Universitetin rəsmi sosial media hesabında paylaşılıb.
Ələddin Əliyev uzun illər Azərbaycan Dillər Universitetində prorektor, rektorun sosial məsələlər üzrə müşaviri, Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının ADU üzrə ilk təşkilatının sədri və universitet kitabxanasının müdiri kimi məsul vəzifələrdə şərəflə fəaliyyət göstərib.
No Comment! Be the first one.