Ağ Şəhərdə 7 maşının toqquşduğu zəncirvari qəza baş verib-VİDEO
Paytaxtın Xətai rayonu ərazisində — Ağ Şəhər kompleksində kütləvi yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, kompleksin 3-cü Şərq küçəsində, “OUD Baku” restoranının qarşısında idarəetmədən çıxan nəqliyyat vasitəsi zəncirvari qəzaya səbəb olub. Nəticədə ərazidəki “Porsche”, “Range Rover”, “Mercedes”, “BYD”, “Audi”, “Hyundai” və “BMW” markalı 7 bahalı avtomobilə ciddi zərər dəyib.
Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.