Ağdamda kəhriz quyusundan kişi meyiti TAPILDI
Ağdam rayonunda kəhriz quyusundan kişi meyiti aşkarlanıb.
hadiseler.info “Report”un Qarabağ bürosuna istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisində yerləşən kəhriz quyularından birində tapılıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, cəsəd Bərdə rayon sakin Müşfiq Aqil oğlu Hacıyevə məxsusdur. Məlumata görə, M.Hacıyev Ağdamda fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi işləyirmiş.
Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.