Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qrono Qarabağ və Şərqi Zəngəzura səfər edir
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin ölkənin işğaldan azad edilmiş ərazilərinə – Qarabağ və Şərqi Zəngəzura səfərində iştirak edir.
hadiseler.info xəbər verir ki, M.Qrono səfərdən bir gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşərək müzakirələr aparıb.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə diplomatik korpus nümayəndələrinin azad olunmuş torpaqlara iki günlük səfəri başlayıb. 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyətinin qatıldığı bu səfər, diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəridir.
No Comment! Be the first one.