Anar Bayramov 16 illik direktoru işdən çıxardı
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzində kadr dəyişikliyi həyata keçirilib.
hadiseler.info xəbər verir ki, səhiyyə naziri Anar Bayramovun imzaladığı əmrlə Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə tutduğu vəzifədən azad edilib.
Hələlik mərkəzin rəhbərliyi baş direktorun müavini Elşad Elbaris oğlu Ömərova həvalə olunub.
Qeyd edək ki, 2010-cu ildə yaradılan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi 2025-ci ildə adını dəyişərək Rəqəmsal Səhiyyə Mərkəzi adlandırılıb. İşdən çıxarılan Cəbrayıl Tofiq oğlu Əsədzadə qurum yaradıldığı vaxtdan – yəni 16 il ərzində ona rəhbərlik edirdi.
No Comment! Be the first one.