Ankarada şiddətli yağışlar səbəbindən evləri su basdı- VİDEO
Türkiyənin paytaxtı Ankarada müşahidə olunan güclü yağışlar şəhər infrastrukturuna ziyan vuraraq fəsadlar törədib.
hadiseler.info xəbər verir ki, şəhərin Keçiören bölgəsində leysan yağışlarından sonra yaşayış binalarının girişlərinə və zirzəmilərə su dolub.
Eyni zamanda küçələr və körpülərin altı su altında qalıb, nəqliyyatın və sakinlərinin hərəkətində ciddi çətinliklər yaranıb.
No Comment! Be the first one.