Araşdırmaçı jurnalist yoxa çıxıb
Cənubi Afrika Respublikasından olan, Böyük Britaniya vətəndaşı, tanınmış araşdırmaçı jurnalist Mika Reddi Cibutidə xidməti səfərdə olarkən itkin düşüb.
hadiseler.info xəbər verir ki, “The Daily Maverick” nəşrinin yaydığı məlumata görə, jurnalistdən bir gün əvvəl onun Cibutidəki köməkçisi Kuki Mahmud da müəmmalı şəkildə yoxa çıxıb.
Böyük Britaniya və CAR hökumətləri hər iki şəxsin taleyini öyrənmək üçün yerli hakimiyyət orqanları ilə əlaqə yaradıblar.
Qeyd olunur ki, M.Reddi dünya miqyasında böyük korrupsiya araşdırmaları aparan Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) əməkdaşıdır. Təşkilatın baş redaktoru Ferqus Şil bildirib ki, jurnalist sentyabrın 17-də CAR-dan Cibutiyə uzunmüddətli araşdırma üçün məlumat toplamağa gedib. Reddi sonuncu dəfə həmkarları ilə əlaqə saxlayaraq hər şeyin qaydasında olduğunu desə də, sonradan ondan xəbər almaq mümkün olmayıb.
“Beynəlxalq hotelin foyesindən kiminsə yoxa çıxması çox qeyri-adi haldır. Biz Cibuti hakimiyyətindən Mikanın harada olduğunu açıqlamağı tələb edirik. Onun saxlanıldığından şübhələnirik və dərhal azad olunmasını istəyirik”, — deyə Ferqus Şil vurğulayıb.
No Comment! Be the first one.