Avqustun 7-də gözlənilən hava şəraiti açıqlanıb
Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Hadisələr.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtda arabir güçlənən şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz isə 30-34° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 50-55% olacaq.
Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli leysan yağacağı və şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər dağlıq bölgələrdə arabir duman müşahidə ediləcək, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 22-26° isti, gündüz 34-39° isti, dağlıq ərazilərdə isə gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.
No Comment! Be the first one.