Avstriya Baş naziri Türkiyəyə sabah rəsmi səfər edəcək
Avstriya Baş naziri Kristian Ştoker Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 10-da Türkiyəyə rəsmi səfər edəcək.
Hadisələr.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində keçiriləcək yüksək səviyyəli görüşlərdə Türkiyə ilə Avstriya arasında çoxşaxəli münasibətlərin bütün aspektləri ətraflı müzakirə olunacaq. Tərəflər ikitərəfli mövcud əməkdaşlığın genişləndirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində atıla biləcək praktiki addımları nəzərdən keçirəcəklər.
Danışıqlar zamanı ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal məsələlər ətrafında da geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
No Comment! Be the first one.