Avtomobildə sıxılı qalan 19 yaşlı gənc belə xilas edildi- VİDEO
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumat üzrə dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən “Changan” markalı minik avtomobili ilə “ZİL” markalı yük maşınının toqquşduğu və 19 yaşlı sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi alətlərin köməyi ilə 2007-ci il təvəllüdlü Məmmədov Nihad Fərhad oğlunu nəqliyyat vasitəsindən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araştırma aparılır.
No Comment! Be the first one.