Azərbaycan boksçusu Avropa çempionatında gümüş medal qazanıb
Azərbaycan boksçusu Nəbi İsgəndərov Avropa çempionatında növbəti medalı komandamızın hesabına yazdırıb.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
70 kiloqram çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü Sofiyada keçirilən Avropa çempionatında fəxri kürsünün ikinci pilləsinə qalxaraq gümüş medalın sahibi olub.
Qeyd edək ki, baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi yığmamızın heyətində daha öncə Sübhan Mamedov (50 kq) qızıl, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) isə bürünc medal qazanıblar.
No Comment! Be the first one.