Azərbaycanda qeyri-sabit hava nə vaxtadək davam edəcək? – RƏSMİ XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
hadiseler.info xəbər verir ki, Azərbaycanın rayonlarında müşahidə edilən qeyri-sabit və yağışlı hava avqustun 14-dək davam edəcək.
Məlumata əsasən, ayrı-ayrı bölgələrdə havanın fasilələrlə leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Xüsusilə avqustun 11-i və 12-də dağlıq və dağətəyi ərazilərdə yağıntıların daha da intensivləşəcəyi proqnozlaşdırılır.
Şiddətli yağışlar səbəbindən çaylarda suyun səviyyəsinin artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.
No Comment! Be the first one.