Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalandı- FOTOLAR
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında müxtəlif sahələri əhatə edən 6 mühüm sənəd imzalanıb.
hadiseler.info xəbər verir ki, imzalama mərasimi Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə baş tutub.
Mərasimdə aşağıdakı sənədlər imzalanıb:
“Masdar” və “Azərbaycan Yaşıl Enerji Şirkəti” MMC arasında bərpaolunan enerji layihələrinin işlənib hazırlanması üzrə əməkdaşlıq Sazişi;
Azərbaycan İnvestisiya Holdinqi ilə “LIMAD HOLDING COMPANY PJSC” arasında strateji əməkdaşlıq Sazişi;
“AzerGold” QSC ilə “Terra Mining Ltd” arasında Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş;
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və “GROUP 42 Holding Ltd” arasında Data Mərkəzinin, Yüksək Performanslı Hesablama və Süni İntellekt İnfrastrukturunun inkişafı üzrə Anlaşma Memorandumu;
İqtisadiyyat Nazirliyi və “XRG SGC LIMITED” arasında “Cənub Qaz Dəhlizi” QSC ilə bağlı Səhmdarlar Müqaviləsi;
Energetika Nazirliyi, SOCAR və “Masdar” arasında Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi sənədi.






No Comment! Be the first one.