Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
Azərbaycan Respublikası ilə BMT arasında Xəzər dənizində suyun səviyyəsinin azalması və regional ekoloji problemlər müzakirə olunub.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitri Şlapaçenko ilə keçirilən görüşdə regionun üzləşdiyi ən kəskin ətraf mühit problemlərindən biri olan Xəzər dənizində suyun səviyyəsinin azalmasına beynəlxalq diqqətin artırılması zərurəti diqqətə çatdırılıb:
“Həmçinin, transsərhəd su idarəetməsi, quraqlığa hazırlıq, erkən xəbərdarlıq sistemləri və məlumat mübadiləsi sahəsində regional əməkdaşlığın dərinləşdirilməsi barədə danışdıq”.
Görüş çərçivəsində COP31 və ondan sonrakı dövr üçün prioritetlər üzrə əməkdaşlığın daha da gücləndirilməsi imkanları da nəzərdən keçirilib.
No Comment! Be the first one.