Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
2026-cı ilin yanvar-sentyabr aylarında “Bakı Metropoliteni” QSC-nin xidmətlərindən istifadə edən sərnişinlərin sayı məlum olub.
hadiseler.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 9 ayında metro nəqliyyatı ilə 156 milyon 158.2 min nəfər sərnişin daşınıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə bu rəqəm 162 milyon 575.8 min nəfər təşkil etmişdi. Bu da metrodan istifadə edən sərnişinlərin sayında azalmanın olduğunu göstərir.
Metro sərnişindaşımalarında azalma müşahidə edilsə də, ümumilikdə nəqliyyat sektorunda artım qeydə alınıb. 2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat sektoru üzrə ümumilikdə 1 milyard 771 milyon 305.6 min sərnişin daşınıb. Ötən ilin müvafiq dövründə isə bu göstərici 1 milyard 614 milyon 512.9 min nəfər olmuşdu.
No Comment! Be the first one.