Bakı-Qazax yolunda faciə: “Mercedes” velosipedçini vuraraq öldürdü
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, qəza magistralın Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil velosipedçini vurub. Zərbənin təsirindən ağır xəsarətlər alan kişi hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.