Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakının Badamdar qəsəbəsi, Cavidan İbrahimli küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişiklik olunub.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Hazırda 53 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi “20-ci Sahə” yaşayış massivi, son dayanacağı isə Abbas Mirzə Şərifzadə küçəsi (Respublika Klinik Xəstəxanası) kimi müəyyən edilib. Eyni zamanda, vətəndaşların ictimai nəqliyyata əlçatanlığını təmin etmək məqsədilə 3 nömrəli marşrutun Badamdardakı hərəkəti Cavidan İbrahimli küçəsinə (“Atilla” İdman Mərkəzi) qədər təşkil olunub.
No Comment! Be the first one.