Bakıda məşhur şadlıq sarayı 5,5 milyona satışa çıxarıldı
Bakının Xətai rayonunda yerləşən məşhur toy və mərasim məkanı satışa qoyulub.
hadiseler.info Plat.az saytına istinadən xəbər verir ki, “Neapol” dairəsi yaxınlığında fəaliyyət göstərən “Mirana Luxury” şadlıq sarayı satılır.
İkimərtəbəli obyektin ümumi sahəsi 2 500 kvadratmetr təşkil edir. Məkan 450 nəfərlik əsas zal və 250 nəfərlik ikinci zaldan ibarətdir.
Məşhur şadlıq sarayının satış qiyməti 5 milyon 500 min manat olaraq müəyyənləşdirilib.
No Comment! Be the first one.