Bakıda xalçayuma xidməti adı ilə vətəndaşları aldadan şəxs saxlanılıb
Bakı şəhərinin Xəzər rayonunda xalçayuma xidməti göstərmək adı altında vətəndaşlara qarşı dələduzluq edən şəxs müəyyən edilərək saxlanılıb.
hadiseler.info xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs — Dəyanət Əhədov tutulub.
Aparılan ilkin araşdırmalarla D.Əhədovun vətəndaşlardan təmizlənmək üçün xalçaları və müvafiq xidmət haqlarını təhvil aldığı, lakin öhdəliklərini və sifarişləri yerinə yetirmədiyi bəlli olub.
Polis əməkdaşlarının həyata keçirdiyi axtarış tədbirləri zamanı aldadılan vətəndaşlara aid xalçaların bir qismi Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən anbarlarda aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.
No Comment! Be the first one.